Modern.az

Moskvadan Vaşinqtona cavab: ABŞ diplomatları Rusiyadan çıxarılır

Moskvadan Vaşinqtona cavab: ABŞ diplomatları Rusiyadan çıxarılır

Dünya

16 Aprel 2021, 20:48

“Rusiya ABŞ-ın 10 diplomatına ölkəni tərk etməyi təklif edib”.

 

Modern.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

 

“Biz 10 diplomatın adının göndərilənlər siyahısına salınmasına güzgü effekti ilə cavab veririk. ABŞ-ın da 10 diplomatına ölkəni tərk etmələrini təklif edirik”, - deyə Lavrov qeyd edib.

 

Xatırladaq ki, aprelin 15-də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Rəsmi Vaşinqton Rusiyanın 10 diplomatını geri göndərəcəyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı