Modern.az

Qorbaçov KARANTİNƏ alındı

Qorbaçov KARANTİNƏ alındı

Dünya

7 Oktyabr 2021, 22:28

SSRİ-nin sonuncu və yeganə prezidenti Mixail Qorbaçov xəstəxanada karantindədir.

 

Modern.az xəbər verir ki, bu barədə Qorbaçov fondunun mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, o, koronavirusa yoluxmayıb: "O, elə yaş dövründədir ki, pandemiya dövründə xəstəxanada olmalıdır. Unutmaq olmaz ki, 90 yaşı var və buna görə belə tədbirlər görülüb”.

 

Qorbaçovun xəstəxanadan nə vaxt çıxacağı hələlik məlum deyil.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi