Modern.az

Avropa İttifaqı Şurasının təcili iclası çağırıldı

Avropa İttifaqı Şurasının təcili iclası çağırıldı

Dünya

3 Mart 2022, 00:41

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Avropa İttifaqı Şurasının iclasını çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Jozep Borrel tviter hesabında yazıb.

 

İclasın Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və digər transatlantik tərəfdaşların iştirakı ilə xarici işlər nazirləri səviyyəsində keçirilməsi nəzərdə tutulur.

 

Martın 4-də keçirilməsi planlaşdırılan toplantıya ABŞ dövlət katibi Entoni Blinken və NATO-nun baş katibi Yens Stoltenberq də dəvət alıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?