Modern.az

Zelenski Türkiyədə Putinlə görüşə RAZILAŞDI

Zelenski Türkiyədə Putinlə görüşə RAZILAŞDI

Dünya

5 Mart 2022, 22:26

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə Rusiya lideri Vladimir Putinlə görüşməyə razılıq verib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.


Onun sözlərinə görə, Zelenski Prezident Ərdoğanla söhbətində Putinlə Türkiyədə danışıqlara hazır olduğunu deyib.

 

Ukrayna lideri Putinlə Ankara və ya İstanbul şəhərlərində görüşməyə razılaşıb.

 

Qeyd edək ki, sabah Ərdoğan və Putin arasında telefon danışığı olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı