Modern.az

İtaliyada hərbi təyyarə qəzaya uğradı

İtaliyada hərbi təyyarə qəzaya uğradı

Dünya

16 Mart 2022, 18:23

İtaliyada M346 tipli hərbi təyyarə qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, qəzadan əvvəl təyyarədəki iki pilot katapult etməyi bacarıb.

 

Hadisə Lekko əyalətinin Monte Leqnone bölgəsində baş verib. Pilotların biri aşkar edilib. Digərinin axtarışları davam edir.

 

Məlumata görə, hərbi təyyarə orduya məxsus olmayıb. O, istehsaldan sonrakı sınaq uçuşu həyata keçirən zaman qəzaya düşüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması