Modern.az

ABŞ hərbi gəmisini Polşaya göndərdi

ABŞ hərbi gəmisini Polşaya göndərdi

Dünya

28 Mart 2022, 00:38

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Forrest Sherman" esminesi Polşanın Qdansk şəhərinə gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Polşanın TVN24 agentliyi məlumat yayıb.

 

Gəminin göyərtəsində reaktiv yaylım atəşi sistemi və müxtəlif çaplı silahların olduğu bildirilir.

 

Qeyd olunur ki, səfərin məqsədi Amerikanın regionda mövcudluğunu nümayiş etdirməkdir. Gəmi martın sonuna qədər Polşada qalacaq.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı