Modern.az

İmran Xanla bağlı son qərar bu tarixdə veriləcək

İmran Xanla bağlı son qərar bu tarixdə veriləcək

Dünya

8 Aprel 2022, 18:22

Pakistan parlamentində şənbə günü Baş nazir İmran Xana etimad səsverməsi keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Səsvermədə İmran Xanın vəzifədən uzaqlaşdırılacağı gözlənilir.

 

Bundan əvvəl Pakistanın Ali Məhkəməsi İmran Xanın təklifi ilə ölkə prezidentinin parlamenti buraxmaq qərarını ləğv edib. Ali Məhkəmə qərarında bildirib ki, Xan etimadsızlıq səsverməsinə mane olmaqla konstitusiyaya zidd hərəkət edib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!