Modern.az

Türkiyə Ukraynaya yardım göndərəcək

Türkiyə Ukraynaya yardım göndərəcək

Dünya

16 Aprel 2022, 09:17

Ukraynadan mülki şəxslərin təxliyəsi üçün Ankaranın ayırdığı gəmilər bu ölkəyə həm də humanitar yardım çatdıracaq.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.

 

H.Akar deyib ki, Türkiyə ilk gündən vətəndaşlarının və digər mülki şəxslərin Ukraynadan təhlükəsiz təxliyəsi üçün hərtərəfli yardım göstərməyə hazırdır.

 

Nazir Ankaranın Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyini bir daha təsdiqləyib. O, tez bir zamanda sülh bağlamağın vacibliyini vurğulayıb.

 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!