Modern.az

Rusiyadan Krımdakı partlayışla bağlı AÇIQLAMA

Rusiyadan Krımdakı partlayışla bağlı AÇIQLAMA

Dünya

9 Avqust 2022, 18:20

Rusiya Müdafiə Nazirliyi ilhaq etdiyi Krımın Novofedorovka qəsəbəsindəki hərbi aerodromda baş verən partlayışla bağlı açıqlama yayıb.

 

Modern.az xəbər verir ki, nazirlik Saki aerodromunda saxlanma anbarında bir neçə aviasiya sursatında detonasiya baş verdiyini bildirib.

 

Qeyd olunub ki, partlayış nəticəsində heç kəs xəsarət almayıb. Nazirlik hazırda yanğının söndürülməsinə cəhd edildiyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı