Modern.az

Türkiyənin 14 şəhərində əməliyyat - 50 terrorçu saxlanıldı

Türkiyənin 14 şəhərində əməliyyat - 50 terrorçu saxlanıldı

Dünya

29 Noyabr 2022, 11:10

Türkiyədə terrorçulara qarşı daha bir əməliyyat keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Baş Prokurorluğu məlumat yayıb. Əməliyyat eyni anda ölkənin 14 şəhərində baş tutub.

 

Əməliyyat nəticəsində ümumilikdə 50 nəfərin saxlanıldığı bildirilib. Saxlanılanların PKK/KCK terrorçuları olduğu qeyd edilib.

 

Diqqətə çatdırılıb ki, bundan sonra da terror təşkilatına üzv olmaqda şübhəli bilinən şəxslərin saxlanılmasına yönəlik əməliyyatlar davam etdiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyev işində kritik qərar! Harada qalacaq? Daha kimlər tutulacaq?-