Modern.az

Türkiyədə PARTLAYIŞ: 18 nəfər yaralandı

Türkiyədə PARTLAYIŞ: 18 nəfər yaralandı

Dünya

12 Fevral 2023, 17:16

Türkiyənin Balıkesir vilayətində partlayış baş verib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə vilayətin Susurluk rayonunda qeydə alınıb.

 

Belə ki, ərazidə yerləşən istehsal müəssisələrindən birində qaz sızması nəticəsində partlayış olub. Nəticədə 18 nəfər xəsarət alıb.

 

Yaralılar xəstəxanaya çatdırılıb. Hadisənin səbəbləri araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!