Modern.az

Rusiyaya kömək edən amerikalılar həbs olundu

Rusiyaya kömək edən amerikalılar həbs olundu

Dünya

3 Mart 2023, 08:30

ABŞ sanksiyalarından yayınaraq Rusiyaya aviasiya texnologiyaları ötürməkdə şübhəli bilinən iki amerikalı saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət Departamentinin sözçüsü Metyu Akselrod bildirib.

 

O, həbs edilən şəxslərin adlarını açıqlamayıb. Şübhəlilər Kanzas ştatında saxlanılıb.

 

Məlumata görə, sanksiyaları pozanlara qarşı əməliyyatda Ədliyyə Departamenti və FTB də iştirak edib.

 

Qeyd edək ki, ABŞ öz vətəndaşlarına ikili istifadə edilə bilən texnologiyaların Rusiyaya ixracına qadağa qoyub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri