Modern.az

Peskov Belarusa nüvə silahı yerləşdirilməsindən DANIŞDI

Peskov Belarusa nüvə silahı yerləşdirilməsindən DANIŞDI

Dünya

9 Aprel 2023, 12:40

"Qərb ABŞ-ın Avropadakı nüvə silahlarını yada salmır, amma Rusiyanın Belarusda belə silahlar üçün anbarlar tikmək planlarına isterik reaksiya verir".

 

Modern.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov “Rossiya-1” telekanalına müsahibəsində deyib.

 

Moskvada keçirilən danışıqlarda Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenkonun nüvə silahı mövzusunu müzakirə etmələrini şərh edən Peskov əlavə edib:

 

"Bəli, bu, indi çox vacib mövzudur. Biz kollektiv Qərbin çox təmkinsiz reaksiyasını görürük. Xüsusən, prezident Putinin verdiyi açıqlamalara”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada