Modern.az

Biz Ukraynada sülh istəyirik - Çinli nazir

Biz Ukraynada sülh istəyirik - Çinli nazir

Dünya

10 May 2023, 17:30

Çinin xarici işlər naziri Qin Qang Almaniyanın Berlində almaniyalı həmkarı Annalena Baerbok ilə birgə mətbuat konfransı keçirib.

 

Modern.az xəbər verir ki, Qanq mətbuat nümayəndələri qarşısında Rusiya-Ukrayna müharibəsindən danışıb, ölkəsinin siyasi mövqeyini açıqlayıb.

 

“Ukrayna məsələsi olduqca mürəkkəbdir. Sadələşdirmək və emosionallaşdırmaq həll yolu deyil. Yeganə çıxış yolu sakit və rasional qalmaq, siyasi həll üçün şərait yaratmaqdır. Çin nə münaqişənin təşəbbüskarı, nə də münaqişənin iştirakçısıdır, sülhün və bu istiqamətdə danışıqlarının tərəfdarıdır. Ümid olunur ki, Almaniya tərəfi aparıcı rol oynayacaq və balanslaşdırılmış, effektiv və davamlı Avropa təhlükəsizlik çərçivəsinin yaradılması üçün konkret tövsiyələr verəcək”, - deyə Çin rəsmisi bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV