Modern.az

İsraildən HƏMAS-a müsbət mesaj

İsraildən HƏMAS-a müsbət mesaj

Dünya

10 May 2023, 22:19

Qəzza zolağına inzibati nəzarəti həyata keçirən Fələstinin HƏMAS hərəkatı İsraildən Qəzza zolağındakı fələstinli qruplarla barışıq əldə etməyə hazır olduqları barədə mesaj alıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

 

“Vasitəçilər HƏMAS-a İsrailin atəşkəsə əməl etməyə hazır olduğunu çatdırıblar”,- məlumatda deyilir.

 

Qeyd olunub ki, Misir, Qətər və BMT nümayəndələri Qəzzadakı radikal Fələstin qrupları ilə İsrail hakimiyyəti arasında təmaslarda iştirak edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV