Modern.az

Putinlə danışacaq heç nəyim yoxdur - Zelenski

Putinlə danışacaq heç nəyim yoxdur - Zelenski

Dünya

13 May 2023, 23:28

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin sülh danışıqlarında vasitəçilərə deyil, ədalətli sülhə ehtiyacı olduğunu deyib.

 

Modern.az xəbər verir ki, bu barədə o, İtaliyanın "Rai1" telekanalına Vatikanın müharibənin sülh yolu ilə həlli təşəbbüslərini şərh edərkən bildirib.

 

“Bizim vasitəçilərə ehtiyacımız yoxdur, bizə ədalətli dünya lazımdır”, - prezident qeyd edib.

 

Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünlüyünü də şərh edib. Qeyd edib ki,  onun Putinlə “danışacaq heç nəyi yoxdur”.

 

Xatırladaq ki, mayın 13-də Zelenski Romaya səfər edib. O, İtaliyanın Baş naziri Georgi Meloni və İtaliya Prezidenti Sercio Mattarella, həmçinin Roma Papası Fransisklə görüşüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV