Modern.az

Britaniya Ukraynaya uzaqmənzilli PUA-lar verəcək

Britaniya Ukraynaya uzaqmənzilli PUA-lar verəcək

Dünya

15 May 2023, 12:02

Böyük Britaniya Ukraynaya uzaqmənzilli pilotsuz uçuş aparatları (PUA) göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Britaniya hökumətinə istinadən məlumat yayıb.

 

Bildirilib ki, Ukraynaya 200 kilometrdən çox mənzilə malik yüzlərlə PUA veriləcək. Britaniya hökuməti, həmçinin hava hücumundan müdafiə sistemləri üçün raketlərin də göndəriləcəyini açıqlayıb.

 

Açıqlamada deyilir ki, PUA-lar bir neçə ay ərzində Ukraynaya gətiriləcək.

 

Xatırladaq ki, bu gün, mayın 15-də Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyaya səfər edib. O, Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə danışıqlar aparacaq .

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV