İraq Prezidenti Əbdüllətif Camal Rəşid Bağdad hava limanında təyyarədən enərkən yıxılıb.
Modern.az xəbər verir ki, hadisə Süleymaniyyədən Bağdada qayıdan zaman baş verib.
Pilləkəndən yıxılan Prezidentin qolu sınıb, bədəninin müxtəlif nahiyələrindən ağır xəsarətlər alıb. O, dərhal xəstəxanaya aparılıb, ilkin tibbi yardım göstərilib.
Qeyd olunub ki, Əbdüllətif Camal Rəşid İraqın şimalına bir neçə günlük səfər edib.