Modern.az

Daha bir ölkə Qolodomoru soyqırımı kimi tanıdı

Daha bir ölkə Qolodomoru soyqırımı kimi tanıdı

Dünya

23 May 2023, 23:55

Sloveniya parlamenti Qolodomor hadisələrini Ukrayna xalqının soyqırımı kimi tanıyan bəyannamə qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk məlumat yayıb.

 

“Mən Sloveniya parlamentarilərinə Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyan və bu dəhşətli cinayətin qurbanlarının xatirəsini ehtiramla yad edən bəyannaməni qəbul etdiklərinə görə minnətdaram”, - açıqlamada deyilir.

 

Stefançuk əlavə edib ki, bəşəriyyət bu dəhşəti bilməli və xatırlamalıdır ki, gələcəkdə bir daha təkrarlanmasın.

 

Ukrayna prezidenti Volodimir Zelenski də 1932-1933-cü illərdə baş vermiş Qolodomor soyqırımının milyonlarla qurbanının xatirəsini yad edən sənədin qəbul edilməsinə görə Sloveniya parlamentarilərinə təşəkkür edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV