Modern.az

Ərdoğan özünə baş müşavir təyin etdi 

Ərdoğan özünə baş müşavir təyin etdi 

Dünya

6 İyun 2023, 08:37

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünə baş müşavir təyin edib.

 

Modern.az xəbər verir ki, bu barədə qərar "Rəsmi Qəzet"də dərc olunub.

 

Qərara əsasən, Akif Çağatay Kılıç Türkiyə Prezidentinin baş müşaviri vəzifəsinə gətirilib. Ona "səfir" adı verilib.

 

1976-cı ildə Almaniyanın Siegen şəhərində anadan olan Akif Çağatay Kılıç ailəsi Türkiyəyə qayıtdıqdan sonra orta təhsilini İstanbulda, bakalavr təhsilini isə İngiltərənin Hertfordşir Universitetində siyasət və svropa araşdırmaları ixtisası üzrə bitirib.

 

Əvvəllər özəl sektorda işləyən Kılıç AKP hökumətlərində müxtəlif vəzifələrdə çalışıb. 2013-2017-ci illərdə gənclər və idman naziri vəzifəsini icra edib. 24 iyun 2018-ci il seçkilərində İstanbuldan deputat seçilən Kılıç Türkiyənin AŞPA-dakı nümayəndə heyətinə sədrlik edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV