Modern.az

İranın Səudiyyədəki səfirliyi açıldı

İranın Səudiyyədəki səfirliyi açıldı

Dünya

6 İyun 2023, 21:25

Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda İran səfirliyinin açılış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.

 

Açılış mərasimində İran və Səudiyyə Ərəbistanı Xarici İşlər nazirliklərinin nümayəndələri iştirak ediblər. Tədbirə İranın Səudiyyə Ərəbistanındakı yeni səfiri Əlirza Enayəti də qatılıb.

 

Qeyd edək ki, Tehran və Ər-Riyad bir neçə ay əvvəl münasibətləri bərpa etmək barədə razılığa gəliblər. Razılaşma Çinin vasitəçiliyi ilə əldə olunub.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV