Modern.az

Zelenskinin birinci xanımı öpməsi arvadının xoşuna gəlmədi - VİDEO

Zelenskinin birinci xanımı öpməsi arvadının xoşuna gəlmədi - VİDEO

Dünya

13 İyul 2023, 00:59

Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Volodimir Zelenski və xanımı Yelena Zelenskaya NATO-nun Vilnüsdə keçirilən sammitində iştirak ediblər.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, qarşılama mərasimi zamanı maraqlı anlar yaşanıb.

 

Zelenski və həyat yoldaşı Litvanın birinci xanımı Diana Nepaite-Nausediene ilə görüşüblər. Zelenski Litva Prezidentinin həyat yoldaşını qucaqlayıb və onun hər iki yanağından üç dəfə öpüb.

 

Yelena Zelenskayanın reaksiyası hər kəsi təəccübləndirib. Ukraynanın birinci xanımı əvvəlcə Zelenskiyə təəccüblə baxıb, sonra onun kürəyini sığallayıb. Daha sonra Zelenski onun əlindən tutmaq istəyəndə birinci xanım imtina edib.

 

Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV