Modern.az

Makrona kəsilmiş insan barmağı GÖNDƏRİLDİ

Makrona kəsilmiş insan barmağı GÖNDƏRİLDİ

Dünya

13 İyul 2023, 08:07

Fransada Yelisey Sarayına içərisində insan barmağı olan məktub göndərilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Valeurs Actuelles” məlumat yayıb.

 

Bildirilib ki, iyulun 9-10-da sarayın yazışma xidməti poçtla məktub alıb. Zərf açılan zaman onun içində kəsilmiş insan barmağı aşkarlanıb.

 

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları barmağın sahibi olan şəxsi tapıblar.

 

Hadisənin təfərrüatları məlum deyil. Yelisey sarayı açıqlama verməkdən imtina edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır