Modern.az

ABŞ taxıl tədarükündə Ukraynaya yardım edəcək

ABŞ taxıl tədarükündə Ukraynaya yardım edəcək

Dünya

20 İyul 2023, 08:54

ABŞ administrasiyası Kiyevə Ukrayna taxılının dünya bazarlarına çatdırılmasında köməklik göstərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib.

 

“Biz taxılın daha çox ehtiyac duyulan bazarlara çatdırmaq üçün Ukraynanın səylərini dəstəkləməyə davam edəcəyik", - deyə Jan-Pyer bildirib.

 

Onun sözlərinə görə, Kiyevə daha 1,3 milyard dollarlıq hərbi yardım paketinin ayrılması bunu asanlaşdırmaq üçün nəzərdə tutulub.

 

Bundan əlavə, ABŞ Beynəlxalq İnkişaf Agentliyi Ukraynaya kənd təsərrüfatı sektorunu dəstəkləmək üçün daha 250 milyon dollar ayıracağını açıqlayıb.

 

"Biz bacardığımız qədər kömək etmək üçün addımlar atırıq" - Jan-Pyer qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu