Yapon dənizində Rusiya-Çin hərbi dəniz qüvvələrinin “Şimal qarşılıqlı fəaliyyət-2023” birgə təlimləri başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimlərin məqsədi iki ölkə arasında dəniz əməkdaşlığının gücləndirilməsi, Asiya-Sakit okean regionunda sabitliyin və sülhün qorunmasıdır.
Məlumata görə, birgə praktiki tədbirlər zamanı sualtı qayıqlara qarşı tapşırıqlar və dəniz döyüşləri, gəmilərin dəniz və havadan müşayiəti, Yapon dənizinin sularında və hava məkanında rabitənin təhlükəsizliyinin təmin edilməsi üzrə işlər aparılacaq.
Hər iki tərəfdən təlimlərə 30-dan çox dəniz aviasiya təyyarəsi, o cümlədən sualtı qayıq əleyhinə helikopterlər və qırıcılar da cəlb olunub.
Qeyd edək ki, iyulun 23-dək davam edəcək təlimlərdə birgə artilleriya atəşinin həyata keçirilməsi planlaşdırılır.