Modern.az

Rusiyanın Ukraynadakı itkiləri 240 mini ötdü

Rusiyanın Ukraynadakı itkiləri 240 mini ötdü

Dünya

20 İyul 2023, 10:16

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun itkilərinin sayı 240 mini ötüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, sson sutkada Rusiyanın 530 əsgəri, 19 artilleriya sistemi və 33 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

 

Rusiyanın digər döyüş itkiləri 4129 tank, 8065 zirehli döyüş maşını, 4592 artilleriya sistemi, 433 hava hücumundan müdafiə sistemləri, 3918 pilotsuz uçuş aparatları, 315 təyyarə və 310 helikopterdən ibarətdir.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu