Modern.az

Çin lideri Kissincerlə görüşdü - 100-cü səfər

Çin lideri Kissincerlə görüşdü - 100-cü səfər

Dünya

20 İyul 2023, 10:40

Çin lideri Si Cinpin ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerlə görüşüb.

 

Modern.az AFP-yə istinadən xəbər verir ki, görüş Pekində yerləşən Diaoyutai Dövlət Qonaq Evində baş tutub.

 

Görüşün təfərrüatları açıqlanmayıb.

 

CCTV kanalı bildirib ki, 100 yaşlı amerikalı diplomat 1971-ci ildən bəri Çinə 100 dəfədən çox səfər edib.

 

Qeyd edək ki, Kissincer Riçard Nikson və Cerald Fordun prezidentliyi dövründə ABŞ dövlət katibi vəzifəsində çalışıb. O, 1970-ci illərdə Vaşinqton və Pekin arasında münasibətlərin normallaşdırılmasında əsas rol oynayıb və vəzifəsini tərk etdikdən sonra müntəzəm olaraq Çinə səfər edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskvaya kütləvi hücum aeroportlar bağlandı - Xəbəriniz Var?