Modern.az

İsveç səfirliyi fəaliyyətini DAYANDIRDI

İsveç səfirliyi fəaliyyətini DAYANDIRDI

Dünya

20 İyul 2023, 12:38

İsveçin Bağdaddakı səfirliyi fəaliyyətini dayandırıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, buna səbəb səfirlik binasının yandırılmasıdır.

 

“İyunun 29-u və 30-u, eləcə də iyulun 20-də İsveçin Bağdaddakı diplomatik nümayəndəliyində keçirilən nümayişlərlə əlaqədar səfirlik növbəti xəbərdarlığa qədər ziyarətçilər üçün bağlanıb. Pasportların verilməsi və təcili sənədlərin icrası dayandırılıb”, - rəsmi məlumatda deyilir.

 

Qeyd edək ki, Stokholmda Quran nüsxəsinin yandırılmasına etiraz edənlər Bağdaddakı İsveç səfirliyinə hücum ediblər. Etirazçılar binanı yandırıblar. Səfirlik əməkdaşlarından heç kim xəsarət almayıb.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...