Modern.az

Ceyhun Bayramov və Mirzoyan Moskvada görüşəcək? - Zaxarovadan AÇIQLAMA

Ceyhun Bayramov və Mirzoyan Moskvada görüşəcək? - Zaxarovadan AÇIQLAMA

Dünya

20 İyul 2023, 13:48

Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin Moskvada üçtərəfli görüşünün keçirilməsi şansı çox yüksəkdir.

 

Modern.az xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bugünkü mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, bütün məsələlər tərəflərlə razılaşdırıldıqdan sonra görüşün tarixi barədə məlumat veriləcək.

 

Qeyd edək ki, Rusiyada sonuncu dəfə XİN başçıları səviyyəsində görüş mayın 19-da baş tutub. Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər.

 

Tərəflər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu