Modern.az

Ukrayna kasetli bombalardan istifadə etməyə başlayıb

Ukrayna kasetli bombalardan istifadə etməyə başlayıb

Dünya

20 İyul 2023, 16:09

Ukrayna qoşunları Rusiya ordusuna qarşı ABŞ istehsalı kaset sursatlarından istifadə etməyə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

 

Qəzetin məlumatına görə, sursat Rusiya ordusunun mövqelərini yarmaq məqsədilə cənub-şərq sektorunda tətbiq edilib.

 

Bildirilir ki, kaset sursatları Baxmut yaxınlığında da istifadə olunmağa başlaya bilər.

 

Qeyd edək ki, Ukrayna iyul ayında ABŞ-dan kaset sursatları alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu