Modern.az

Fələstin və İsrail liderləri Türkiyəyə gəlir

Fələstin və İsrail liderləri Türkiyəyə gəlir

Dünya

20 İyul 2023, 23:33

Fələstin Prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyəyə səfər edəcəklər.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

"Ərdoğanın dəvəti ilə ölkəmizə gələcək liderlər regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparacaqlar", - açıqlamada deyilir.

 

Abbas iyulun 25-də, Netanyahunun isə iyulun 28-də Türkiyəyə səfər edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...