Modern.az

Zelenski Niderlandda "F-16" məsələsini qaldıracaq

Zelenski Niderlandda

Dünya

20 Avqust 2023, 15:14

Niderlanda səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski "F-16"ların ölkəyə tədarükü məsələsini qaldıracaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti teleqram kanalında bildirib.

 

Səfər çərçivəsində Zelenski Baş nazir Mark Rutte ilə danışıqlar aparacaq.

 

Qeyd edək ki, avqustun 17-də Amerika Birləşmiş Ştatları "F-16" qırıcılarının Danimarka və Niderlanddan Ukraynaya təhvil verilməsini təsdiqləyib. ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, Ukrayna pilotların hazırlığı başa çatdıqdan sonra Amerika qırıcıları ilə təmin olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu