Modern.az

Azarkeşləri daşıyan avtobus aşdı - 7 nəfər öldü 

Azarkeşləri daşıyan avtobus aşdı - 7 nəfər öldü 

Dünya

20 Avqust 2023, 21:12

Braziliyanın “Korintians” futbol klubunun azarkeşlərini aparan avtobusun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 36 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, qəza Brumadinyo şəhəri yaxınlığındakı yolun dağlıq hissəsində, San-Paulu klubunun azarkeşləri komandalarının "Kruzeyro" ilə səfər oyunundan qayıdarkən baş verib.

 

İlkin məlumata görə, qəzanın səbəbi avtobusun əyləcinin sıradan çıxması olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia