Rusiyaya qarşı müharibədə Ukraynanın tərəfində döyüşən Britaniya vətəndaşı həlak olub.
Modern.az xəbər verir ki, bu barədə BBC Britaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb
22 yaşlı könüllü hərbçi Birmingemdəndir və adı Samuel Neveydir. Onun qardaşı könüllü hərbçinin öldüyünü təsdiq edib.
“O, dünən Ukraynanın şərqindəki döyüşlərdə həlak oldu. Nə qədər sındığımı sözlə ifadə edə bilmirəm”, – qardaşı sosial şəbəkədə yazıb.