Modern.az

Son 4 həftədə koronavirusa yoluxma 63% ARTIB

Son 4 həftədə koronavirusa yoluxma 63% ARTIB

Dünya

1 Sentyabr 2023, 08:08

İyulun 24-dən avqustun 20-dək dünyada 1,5 milyona yaxın yeni COVID-19- yoluxma aşkar edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji xülasəsində qeyd olunub.

 

Bildirilir ki, bu, əvvəlki 28 günlə müqayisədə 63% çoxdur.

 

Koronavirusdan 2000-dən çox ölüm qeydə alınıb. Bu rəqəm isə əvvəlki 28 günlə müqayisədə 48% azdır.

 

ÜST-nin məlumatına görə, dünyada testlərin miqyasının azalması səbəbindən bildirilən rəqəmlər yoluxma səviyyəsini dəqiq əks etdirmir.

 

Avqustun 30-na olan məlumata görə, dünyada 769 milyondan çox təsdiqlənmiş COVID-19-a yoluxma və 6,9 milyondan çox ölüm faktı aşkar edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu