Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə atom elektrik stansiyasının tikintisi məsələsini ümumxalq səsverməsinə çıxarmağı təklif edib.
Modern.az xəbər verir ki, bu barədə "Kazinform" agentliyi məlumat yayıb.
Hələlik təklifin detalları, o cümlədən referendumun keçiriləcəyi təqdirdə hansı tarixdə baş tutacağı bəlli deyil.
Qeyd edək ki, Qazaxıstanda yeni AES tikintisi barədə Tokayevin sələfi Nursultan Nazarbayev qərarını 2021-ci ildə açıqlamışdı.