Modern.az

Qabonda çevrilişçilər müvəqqəti prezident seçdilər

Qabonda çevrilişçilər müvəqqəti prezident seçdilər

Dünya

1 Sentyabr 2023, 10:26

Bir neçə gün öncə çevriliş olan Qabonda hərbi xunta general Bris Oliqui Nguemanı keçid dövrü üçün yeni prezident seçib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Qabon Respublika Qvardiyasının komandanı olan general Nguemu devrilmiş ölkə başçısı Ali Bonqo Ondimbanın hakimiyyətdən uzaqlaşdırılmasını ona yeni müddətə seçilmək hüququ verməyən “prezidentin xəstəliyi” ilə izah edib.

 

Qeyd edək ki, Ondimba hazırda ev dustaqlığındadır. Digər hökumət üzvləri və prezidentin oğlu da saxlanılıb. O, dövlətə xəyanətdə ittiham olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?