Bu gün Gürcüstan prezidenti Salome Zurabişvili Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşəcək.
Modern.az "News Georgia"ya istinadən xəbər verir ki, bir gün əvvəl Zurabişvili Almaniyada alman həmkarı Frank-Valter Ştaynmayerlə görüşüb.
Prezident Administrasiyasından bildirilib ki, Zurabişvili Gürcüstana Aİ-yə namizəd statusunun verilməsinə dəstək üçün lobbiçilik etmək üçün Avropa liderləri ilə bir sıra görüşlər keçirir.
Gürcüstan hökuməti prezidentin Avropada görüşlər keçirməsinə qadağa qoyub, onu “ölkənin avrointeqrasiya maraqlarına zidd hərəkət etməkdə” günahlandırıb və impiçmentlə hədələyib.
Hakim “Gürcü Arzusu”nda isə Zurabişvili “qlobal müharibə partiyası”nın nümayəndəsi kimi damğalanıb.