Modern.az

Qərb Qafqazda sabitliyi pozur - Lavrovdan İDDİA

Qərb Qafqazda sabitliyi pozur - Lavrovdan İDDİA

Dünya

10 Oktyabr 2023, 11:22

“BMT-nin prinsiplərinə riayət beynəlxalq sülh və sabitliyin açarıdır”.

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

 

"ABŞ və Aİ-nin qeyri-sabitlik toxumları səpdiyi bir vaxtda Qarabağdakı Rusiya sülhməramlıları Cənubi Qafqazda dinc həyatın qurulmasına kömək etməyə hazırdır. Brüssel Ermənistan və Azərbaycana “vasitəçilik xidmətləri” tətbiq edir, geosiyasi ambisiyalarının qayğısına qalır və Vaşinqtonla birlikdə regiona sabitliyin pozulmasına gətirib çıxarır", - o belə düşünür.

 

"İndi İrəvan və Bakının iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etməsindən sonra dinc həyat qurmağın və etimadın möhkəmləndirilməsinin vaxtı çatıb. Sülhməramlılarımız buna hər cür töhfə verməyə hazırdır", - nazir əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!