Modern.az

Tatarskinin ölümündə təqsirləndirilən qızın işi məhkəməyə göndərildi

Tatarskinin ölümündə təqsirləndirilən qızın işi məhkəməyə göndərildi

Dünya

10 Oktyabr 2023, 12:38

Rusiyalı hərbi müxbir Vladlen Tatarskinin qətli ilə bağlı Daria Trepovanın işi məhkəməyə verilib.

 

Modern.az "Mediazona"ya istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsi müharibə tərəfdarı bloger Vladlen Tatarskinin ölümü ilə bağlı istintaqın başa çatması barədə məlumat yayıb.

 

Tatarski aprelin 2-də Sankt-Peterburqun mərkəzindəki kafedə baş verən partlayış nəticəsində ölüb. Bundan əvvəl o, içərisində bomba olan heykəlcik alıb. Növbəti gün təhlükəsizlik qüvvələri heykəli verməkdə şübhəli bilinən 26 yaşlı Daria Trepovanı saxlayıb.

 

Aprel ayından qız bir qrup şəxs tərəfindən terror aktı törətmək, partlayıcı qurğuların qanunsuz dövriyyəsi və sənədlərin saxtalaşdırılması ittihamı ilə istintaq təcridxanasındadır. Bu iş üzrə həmçinin Trepovanın mənzilində saxlanıldığı Sankt-Peterburq sakini Dmitri Kasintsev də cəlb olunub. O, “hüquq-mühafizə orqanlarını çaşdırmaqla” xüsusilə ağır cinayəti gizlətməkdə ittiham olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!