İspaniya və Fransa Aİ-nin fələstinlilərə maliyyə yardımını dayandırmaq istəmir.
Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares danışıb.
"HƏMAS terror təşkilatını Fələstin əhalisi, Fələstin Muxtariyyəti və oradakı BMT təşkilatları ilə qarışdırmamalıyıq", - o deyib. Nazir vurğulayıb ki, ölkənin Xarici İşlər Nazirliyi öz mövqeyini Avropa Komissiyasına açıq şəkildə çatdırıb.
"Biz Fələstin xalqına birbaşa fayda verən yardımın dayandırılmasının tərəfdarı deyilik və dünən bunu Avropa Komissiyasına açıqladıq", - Fransa Xarici İşlər Nazirliyindən bildirib.