Modern.az

Ukrayna XİN-dən İsrail və Fələstindəki vətəndaşlar barədə AÇIQLAMA

Ukrayna XİN-dən İsrail və Fələstindəki vətəndaşlar barədə AÇIQLAMA

Dünya

10 Oktyabr 2023, 13:40

İsraildə itkin düşmüş hesab edilən 7 ukraynalı tapılıb.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Nazirliyin sözçüsü Oleq Nikolenko telemarafonda bildirib ki, hazırda ukraynalılar təhlükəsizdirlər. Bundan əlavə, səfirliyin əməkdaşları 6 ailəyə İsraildə müvəqqəti yaşayış yeri tapmağa kömək ediblər. Nikolenkonun sözlərinə görə, 300-ə yaxın Ukrayna vətəndaşı ölkəni tərk edə bilmədikləri üçün operativ qərargahla əlaqə saxlayıb.

 

"Bizim 300-ə yaxın vətəndaşımız var. İsrail ərazisindədirlər. Həmçinin Qəzza zolağında anklavı tərk etmək istəklərini bildirən 150 ukraynalı var", - deyə o bildirib.

 

Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, hazırda səfirlik ukraynalıların təxliyə marşrutlarının təşkili üzərində işləyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!