Modern.az

İsraildəki koalisiya partiyaları Netanyahunu səlahiyyətləndirdi

İsraildəki koalisiya partiyaları Netanyahunu səlahiyyətləndirdi

Dünya

10 Oktyabr 2023, 15:48

İsrailin hakim koalisiyasına daxil olan partiyaların liderləri fövqəladə hökumətin qurulmasını dəstəkləyiblər.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, onlar baş nazir Benyamin Netanyahuya müvafiq tədbirlər görmək səlahiyyəti veriblər.

 

Belə ki, bu gün hakim Likud partiyasının rəhbərlik etdiyi koalisiya partiyalarının liderlərinin görüşü baş tutub. Netanyahu dünən müxalifətin iştirakı ilə ilkin şərt olmadan fövqəladə hökumət qurmağa hazır olduğunu bəyan edib.

 

İsraillə HƏMAS arasında müharibə oktyabrın 7-də səhər saatlarında İsrail ərazisinə yüzlərlə raket atılması ilə başlayıb. İsrail Qəzza zolağında əməliyyata başlayıb. Benyamin Netanyahu şəhərləri xarabalığa çevirəcəyini vəd edib. Bu gün İsrail ordusu Qəzza ilə sərhədə qismən nəzarət etdiyini bildirib.

Sizə yeni x var
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!