Modern.az

Alla Puqaçova İsraildən Kiprə köçdü

Alla Puqaçova İsraildən Kiprə köçdü

Dünya

23 Oktyabr 2023, 11:54

Rusiyalı məşhur müğənni Alla Puqaçova həyat yoldaşı Maksim Qalkin və uşaqları ilə birlikdə İsraildən Kiprə köçüb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

Sovet pop musiqisinin kraliçası hesab edilən Alla Puqaçova Ukraynada müharibənin başlamasından sonra Rusiyanı tərk etmişdi və İsraildə yaşayırdı.

 

Yerli mətbuatın məlumatına görə, 2017-ci ildə Puqaçova Kiprdə villa alıb və avtomatik olaraq uşaqları ilə Kipr pasportu əldə edib.

 

73 yaşlı Puqaçova əri Maksim Qalkinin adının Rusiyada xarici agentlər siyahısına daxil edilməsindən sonra Rusiya Ədliyyə Nazirliyinə müraciət edib: "Məni sevimli ölkəmin xarici agentləri sırasına daxil etməyinizi xahiş edirəm, çünki ərimlə həmrəyəm”. Puqaçova Rusiyanın Ukraynada apardığı müharibənin "xəyali hədəflər uğrunda" olduğunu bildirib. SSRİ Xalq artisti paylaşımında müharibə sözünü işlətməyib, lakin Kremlin xüsusi hərbi əməliyyat adlandırdığı müharibəni bəyənmədiyini açıq şəkildə vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!