Modern.az

Qazaxıstan Xorvatiya ilə neft sahəsində əməkdaşlıq edəcək

Qazaxıstan Xorvatiya ilə neft sahəsində əməkdaşlıq edəcək

Dünya

23 Oktyabr 2023, 13:48

Qazaxıstan və Xorvatiya Qazaxıstan neftinin nəqli üçün Adria neft kəmərinin istifadəsi ilə bağlı danışıqlara başlayacaq.

 

Modern.az "Sputnik Kazakhstan"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Məlumata görə, bu məsələni Qazaxıstanın səfiri Akılbek Kamaldinov və Xorvatiyanın Jadranski naftovodunun (JANAF) rəhbəri Stepan Adaniç müzakirə ediblər.

 

Qeyd edək ki, JANAF Kırk adasındakı neft terminalını, Riyeka neft emalı zavodunu və Adria neft kəməri sistemini idarə edir.

 

Boru kəməri şəbəkəsi Omisalj neft terminalından başlayır və Sloveniya və Bosniya və Herseqovina qolları ilə Xorvatiya, Serbiya və Macarıstanı əhatə edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!