Modern.az

İstanbulda su çatışmazlığı - 57 günlük su qalıb

İstanbulda su çatışmazlığı - 57 günlük su qalıb

Dünya

23 Oktyabr 2023, 13:36

Türkiyənin İstanbul şəhərini su ilə təmin edən su anbarlarında su ehtiyatı 20%-ə qədər azalıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yağıntı olmasa, bu həcm cəmi daha 57 gün üçün kifayət edəcək.

 

Sinoptiklərin məlumatına görə, yaxın 10 gündə İstanbulda yağıntı gözlənilmir. Havanın temperaturu +24 dərəcəyə qədər istiləşəcək.

 

Qeyd edək ki, İstanbulda 16 milyona yaxın insan yaşayır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır