Modern.az

Separatçılar Solovyovu təltif etdi

Separatçılar Solovyovu təltif etdi

Dünya

23 Oktyabr 2023, 15:20

Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində yaradılmış separatçı qurum olan qondarma "Donetsk Xalq Respublikası"nın (DXR) "rəhbər"i Denis Puşilin Kremlin təbliğatçısı kimi tanınan jurnalist Vladimir Solovyova "DXR Qəhrəmanı" adı verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

 

Puşilinin sözlərinə görə, teleaparıcı uzun illərdir ki, Donbassı aktiv şəkildə dəstəkləyir.

 

Qeyd edək ki, jurnalist “Rossiya 1”də “Vladimir Solovyovla axşam” verilişinə aparıcılıq edir. 2022-ci ilin mayında o, Mariupola səfər edib. Elə həmin il o, "Rusiyanın müsbət imicinin formalaşmasında böyük xidmətlərinə və ictimai əhəmiyyətli tədbirlərdə fəal iştirakına görə" IV dərəcəli "Vətən qarşısında xidmətə görə" ordeni ilə təltif edilmişdi. Solovyov keçən ildən Avropa İttifaqı, ABŞ və Böyük Britaniyanın sanksiyaları altındadır.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!