Modern.az

HƏMAS 50-yə yaxın girovu azad edə bilər 

HƏMAS 50-yə yaxın girovu azad edə bilər 

Dünya

23 Oktyabr 2023, 22:24

HƏMAS silahlı qruplaşması yaxın saatlarda Qəzza zolağında saxlanılan ikili vətəndaşlığı olan 50 girovu azad edə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin “i24” nəşri məlumat yayıb.

 

Mənbələrin verdiyi məlumata görə, girovlar Qızıl Xaç Cəmiyyətinin nümayəndələrinə təhvil veriləcək.

 

Nəşr bildirir ki, girovların azad edilməsi ilə bağlı razılıq Qətər hakimiyyətinin vasitəçiliyi ilə əldə edilib. Qeyd olunur ki, girovlar “yeni maneələr yaranmazsa” azad olunacaqlar.

 

“Razılaşmalar çərçivəsində Qırmızı Xaç əməkdaşlarının Qəzza zolağında girovların saxlandığı əraziyə sərbəst şəkildə daxil olmasına icazə verilib. Bu yaxınlarda İsrail Müdafiə Qüvvələri girovlara zərər verməmək üçün bu əraziyə qəsdən zərbə endirməyib”, - mənbə i24-ə bildirib.

 

İsrail hakimiyyətinin məlumatına görə, ümumilikdə 222 nəfər girov saxlanılır. Onlardan bir neçəsinin ikili vətəndaşlığı var. Girovlar arasında Rusiya, ABŞ, eləcə də bir sıra Avropa və Asiya ölkələrinin vətəndaşları var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!