BMT Baş Assambleyasının Fələstin üzrə fövqəladə sessiyası oktyabrın 26-da keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə təşkilatın Baş Assambleyasının 78-ci sessiyası prezidentinin rəsmi nümayəndəsi Monika Qreyli deyib.
“BMT Baş Assambleyasının cənab prezidenti Dennis Frensis oktyabrın 26-da, cümə axşamı, BMT Baş Assambleyasının 10-cu fövqəladə xüsusi sessiyasının 39-cu plenar iclasına sədrlik edəcək”, - o qeyd edib