Rusiyanın effektiv hücuma qadir döyüş piyadaları batalyonu yaratmaqda problemləri var.
Modern.az "Unian"a istinadən xəbər verir ki, Böyük Britaniya kəşfiyyatı belə nəticəyə gəlib.
Bildirilib ki, bunu orduda elit kimi planlaşdırılan, lakin əslində cəza batalyonlarına çevrilən Storm-Z bölmələrinin olması sübut edir.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.